XƏBƏRLƏR
MƏLUMAT
Bakı Uşaq və Gənclər Teatrında “Sehrli tütək” tamaşası nümayiş olunacaq
ÜMÜMİ XƏBƏRLƏR
28/01/2022 01:31

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq və Gənclər Teatrının tanınmış aktyoru Natiq Fərzəliyevin 60 illik yubileyi münasibəti ilə “Sehrli tütək” tamaşası nümayiş olunacaq.

Tamaşa 29 yanvar, saat 12:00-da Qaraçuxur qəsəbəsi, Q. Abbasov adına Mədəniyyət Sarayında keçiriləcək.

Qeyd edək ki, tamaşa Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara müvafiq təşkil olunacaq və tamaşaya yalnız COVİD-19 pasportu olan vətəndaşlar buraxılacaq.

Baxış sayı: 372