XƏBƏRLƏR
MƏLUMAT
Arzu Soltanın “Qırmızı, Yaşıl, Mavi” adlı pyesi Türkiyədə nəşr edilmiş Azərbaycan Uşaq Ədəbiyyatından Seçmələr kitabına daxil edilib
ÜMÜMİ XƏBƏRLƏR
25/11/2022 05:48

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq və Gənclər teatrının ssenaristi, Elm və Təhsil Nazirliyinin “Azərbaycan Məktəbi” jurnalının baş redaktoru Arzu Soltanın Azərbaycan bayrağına həsr olunan “Qırmızı, Yaşı, Mavi” adlı pyesi Türkiyədə nəşr edilmiş Azərbaycan Uşaq Ədəbiyyatından Seçmələr kitabına daxil edilib. Kitab Azərbaycan və Türk dünyasının mədəniyyət paytaxtı Şuşanın 270 illiyinə və Oğuzun alp ürəkli uşaqlarına ithaf olunub.

“Nokta” nəşriyyatında çap olunan Azərbaycan Uşaq Ədəbiyyatından Seçmələr kitabında XX əsrin əvvəllərindən müasir dövrümüzədək yazılan vətənə, bayrağa, istiqlala, müstəqillik və azadlıq duyğularına həsr olunmuş şeir, hekayə və pyeslər yer alıb. Kitabdakı mətnlərin tərtibçisi və “Azərbaycan uşaq ədəbiyyatında məfkurə” adlı ön sözün müəllifi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq Ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elnarə Akimova, redaktoru Doç.Dr. Yaşar Sözendir.

Kitabın gənc nəslin milli-əxlaqi dəyərlərinə, vətənpərvərlik duyğularına müsbət təsir edəcəyi, eyni zamanda müasir usaq ətəbiyyatı və Türk dünyasının mədəniyyəti ilə bağlı araşdırma aparanlar üçün faydalı olacağı düşünülür.

Qeyd edək ki, Arzu Soltanın “Qırmızı, Yaşıl, Mavi” adlı pyesi 2019-cu ildə Naxçıvan Dövlət Kukla Teatrında səhnələşdirilib və teatrın repertuarında yer alır.

Baxış sayı: 368