az
Bütün xəbərlər

Nyu-Yorkda “Amerika azərbaycanlı uşaqların gözü ilə” adlı rəsm sərgisi keçirilib

11-01-2019, 10:49
Nyu-Yorkda “Amerika azərbaycanlı uşaqların gözü ilə” adlı rəsm sərgisi keçirilib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ABŞ-ın Nyu-York şəhərində, Bruklində yerləşən “My Way” Uşaq Yaradıcılıq Mərkəzində “Amerika azərbaycanlı uşaqların gözü ilə” adlı rəsm sərgisi təşkil edilib.

Sərgidə Bakı şəhər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Rəsm” dərnəyinin üzvlərinin çəkdikləri rəsmlər nümayiş olunub.

Sərginin keçirilməsində məqsəd iki mərkəz arasında dostluq və əməkdaşlıq yaradaraq azərbaycanlı uşaqların əl işlərini tanıtmaq olub. Sərgidə uşaqların Amerikaya dair baxışlarını, təsəvvürlərini əks etdirən müxtəlif rəsmlər təqdim edilib.

Sonda iştirakçılara diplom və hədiyyələr verilib.

baku-art.az

Nyu-Yorkda “Amerika azərbaycanlı uşaqların gözü ilə” adlı rəsm sərgisi keçirilib

Nyu-Yorkda “Amerika azərbaycanlı uşaqların gözü ilə” adlı rəsm sərgisi keçirilib
Oxunma sayı : 72