XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS–nin 2 saylı filialı “Sənətdə iz qoyanlar” adlı söhbət keçirib
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2019 11:11

İyunun  13-də  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS–nin 2 saylı filialı  şair Hüseyn Arifin 95 illyi  münasibəti ilə  170 saylı tam orta  məktəbin şagirdləri ilə birlikdə   “Sənətdə iz qoyanlar”  adlı söhbət  keçirib.

Abonement  bölməsinin müdiri S.Əliyeva şagirdlərə  Xalq Şairi Hüseyn Arifin zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından, Azərbaycan ədəbiyyatına töhfələrindən söhbət açıb.XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirib. Onun poeziya aləmi mövzu baxımından genişdir və əsərləri məna qüdrətini bu gün də qoruyub saxlayır.

Şair öz yaradıcılıq üslubu ilə aşıq poeziyasını zənginləşdirib, dövrün aktual məsələlərini əsərlərində əks etdirməklə ədəbiyyatımıza yeni nəfəs gətirib. Azərbaycan Aşıqlar Birliyinin yaradılması Hüseyn Arifin adı ilə bağlıdır.

Sonda  şagirdlər şairin şeirlərini səsləndiriblər.

Baxış sayı: 63348