XƏBƏRLƏR
MƏLUMAT
“Qucaqla məni” adlı tamaşanın təqdimatı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
31/03/2022 03:52

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrında yeni “Qucaqla məni” adlı tamaşanın təqdimatı keçirilib.

Tarix boyu xalqımıza qarşı törədilmiş soyqırımlara həsr olunmuş tamaşanın müəllifi Arzu Soltan, rejissoru Əməkdar artist İntiqam Soltandır. Rollarda Əfruz Əliyev, Ədalət Ağaverdiyev çıxış ediblər. Tamaşanın musiqiçisi Yusif  Rüstəmovdur.

Tamaşa müzikl formasında canlı musiqi müşayiəti ilə hazırlanıb.

Təqdimatda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Suraxanı rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, şəhid ailələri və qazilər, idarə, müəssisə və təşkilatların rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Tamaşanın sonunda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edib.

Baxış sayı: 450