XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xalqa bəxş edilmiş ömür” başlığı altında tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2019 09:56

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin  Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü münasibətilə “Xalqa bəxş edilmiş ömür” başlığı altında tədbir keçirilib.

Tədbirdə Binəqədi rayon Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin IX sinif şagirdləri və müəllim Nərminə Mirzəyeva iştirak edib. 

Tədbiri açan Binəqədi rayon MKS-nin Uşaq şöbəsinin müdiri Səidə Sərdarova məktəblilərə ümummilli lider Heydər Əliyevin gəncliyi, siyasi fəaliyyəti, müstəqil Azərbaycan Respublikası üçün gördüyü əvəzsiz işlər haqqında danışıb.

Binəqədi rayon MKS-nin İnformasiya-resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva böyük şəxsiyyət Heydər Əliyevə həsr olunmuş “Xalqa bəxş edilmiş ömür” başlıqlı sərgidə nümayiş olunan ədəbiyyatın biblioqrafik icmalını verib.

 

 

 

Baxış sayı: 63988