XƏBƏRLƏR
MƏLUMAT
“Nəsimi ili-Nəsimi dili” festivalının açılışı olub
ÜMÜMİ XƏBƏRLƏR
15/04/2019 13:32
Aprelin 12-13-də Azərbaycan Teatr Xadimləri İttifaqında Bakı Uşaq Teatrının təşkilatçılığı ilə “Nəsimi ili-Nəsimi dili” festivalı keçirilib.

“Bir teatr, bir festival” layihəsi çərçivəsində gerçəkləşən festival “Nəsimi ili” nə həsr edilib.

Festivalın açılışında Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov çıxış edərək qeyd edib ki, bu il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə “Nəsimi ili” elan olunub. Bu baxımdan, ölkədə “Nəsimi ili” çərçivəsində silsilə tədbirlər təşkil olunur, tamaşalar göstərilir, sərgilər açılır.

Natiq söyləyib ki, festivalın adının builki illə əlaqədar olaraq “Nəsimi ili-Nəsimi dili” olması təqdirəlayiqdir.

Bakı Uşaq Teatrının rəhbəri, Əməkdar artist İntiqam Soltan üçüncü dəfə təşkil olunan festivalla bağlı məlumat verib.

Qeyd edək ki, festival iki gün davam edib. Bakı Uşaq Teatrının yaradıcı heyəti Nəsimi poeziyasından nümunələrlə çıxış edib. Bununla yanaşı, digər teatrlarının aktyorları da festivala qatılıb.

Baxış sayı: 85721