XƏBƏRLƏR
MƏLUMAT
27 Sentyabr- Anım Günü ilə əlaqədar tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/09/2022 07:53

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında 27 Sentyabr- Anım Günü ilə əlaqədar  tədbir keçirilib.

Tədbirdə 33 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

İlk öncə Azərbaycan  Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə məktəbin direktoru N.Hətəmova tədbir iştirakçılarına Anım Gününün təsis olunması haqqında məlumat verərək bildirib ki, sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 2- dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edir.  

Sonra məktəbin müəllimələri X.Allahverdiyeva, İ.Xəlilova  bildiriblər ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.

Biz qurtuluş savaşında minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər var. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib.

Sonda məktəb şagirdləri şəhidlərimizə həsr olunmuş şeirlər söyləyib, xatirə şəkilləri çəkdiriblər.

Tədbirlə bağlı material kitabxananın sosial media hesabları üzərindən paylaşılıb.

Baxış sayı: 686