az
Bütün xəbərlər

Səbail rayon MKS-nın 6 saylı filialı “Mən bir susmaz duyğuyam ki” başlığı altında məlumat saatı və sərgi keçirib

15-03-2019, 15:14
   Səbail rayon MKS-nın 6 saylı filialı “Mən bir susmaz duyğuyam ki” başlığı altında məlumat saatı və sərgi keçirib

Martın 4-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon MKS-nın 6 saylı filialı "Mən bir susmaz duyğuyam ki" başlığı altında 236 saylı tam orta məktəbdə Cəfər Cabbarlının -120 illiyi ilə əlaqədar məlumat saatı və sərgi keçirib.

İlk öncə kitabxanaçı F.Qarayeva Cəfər Cabbarlının həyat və yaradıcılığı haqqında məlumat verib. Qeyd edib ki, C.Cabbarlının Azərbaycan kinosunun , teatrının inkişafında müstəsna xidmətləri olub.

Hərtərəfli düşünmə sferasına malik və zəngin mütaliə görünüşlü ədib sonrakı illərdə də , elə bu günün özündə də sevilə - sevilə oxunur.Təkcə "Ana" şerinin adını çəkməklə ədibin nə qədər istedadlı və poetik ustad olduğunu müəyyən etmək mümkündür. "Ana" şeiri ilə ədib Azərbaycan anasının bütün dövrlər üçün ölməz obrazını yaradıb.Bu şeir təkcə Cabbarlı yaradıcılığında deyil , ümumilikdə Azərbaycan ədəbiyyatında bir ədəbi hadisədir.

Sonra ədibin "Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş", "Solğun Çiçəklər " əsəri uşaqlarla müzakirə edilib.Uşaqlar əsərin qəhrəmanları haqqında öz düşüncələrini paylaşıblar.

Sonda sərgiyə baxış keçirilib. Sərgidə C.Cabbarlının əsərləri nümayiş etdirilib.

baku-art.az


   Səbail rayon MKS-nın 6 saylı filialı “Mən bir susmaz duyğuyam ki” başlığı altında məlumat saatı və sərgi keçirib


Oxunma sayı : 177