az
Bütün xəbərlər

Bakıda perulu rəssamların fərdi sərgisi keçiriləcək

16-08-2018, 15:11
Bakıda perulu rəssamların fərdi sərgisi keçiriləcək


Sentyabrın 25-də Bakıdakı “Art Tower” rəsm qalereyasında perulu rəssamların fərdi sərgisi keçiriləcək.

Sərgi Perunun Azərbaycandakı səfirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi və “Arts Council Azerbaijan” Qeyri-Hökumət Təşkilatının təşəbbüsü ilə reallaşacaq.

Sərgidə dörd Perulu rəssamın əsərləri nümayiş olunacaq.

Rəssamların hər biri And dağlarının əzəmətini, meşələrini, füsunkar dağların ətəklərindən axan Amazon çayını, gölləri, quraq və qumlu sahil düzənliklərinin gözəlliklərini əsərlərində özünəməxsus şəkildə əks etdiriblər.

Qeyd edək ki, sərgi oktyabrın 6-dək davam edəcək. Giriş sərbəstdir.

baku-art.az
Oxunma sayı : 241