XƏBƏRLƏR
MƏLUMAT
“Zəfərə gedən yol 20 Yanvardan başlayır” adlı anım tədbiri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/01/2024 11:56

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 33 nömrəli Uşaq Musiqi Məktəbində “Zəfərə gedən yol 20 Yanvardan başlayır” adlı anım tədbiri keçirilib. 

İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə 20 Yanvar hadisələrini, o dəhşətli gecəni əks etdirən sənədli film və fotoşəkillər nümayiş olunub, məruzə dinlənilib.

Sonda məktəb şagirdləri müxtəlif musiqi alətlərində həzin musiqi nömrələri təqdim ediblər.

Baxış sayı: 254