XƏBƏRLƏR
MƏLUMAT
"XX əsrin faciəsi" adlı anım tədbiri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2024 16:59

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qala qəsəbə klubunda "XX əsrin faciəsi" adlı anım tədbiri keçirilib.

Tədbirdə Xocalı faciəsinin Azərbaycan və dünya tarixində ən qanlı hadisələrdən biri olduğu, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqları qeyd edilib.

Sonda şagirdlər Xocalı faciəsinə həsr olunan şeirlər söyləyiblər.

Baxış sayı: 180