XƏBƏRLƏR
MƏLUMAT
Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2024 10:15

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayı və 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir təşkil edilib.

İlk öncə Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Xocalı faciəsində həlak olanların xatirəsinin  bir dəqiqəlik sükütla yad edilməsi ilə başlanıb.

Sonra soyqırım haqqında məlumat verilib.

Bədii hissədə   Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin və 206 nömrəli tam orta məktəb şagirdlərinin ifasında “Xocalı fəryadı” adlı kompozisiya təqdim olunub, “Xocalı nişanəsi” adlı qısametrajlı film nümayiş edilib.

Baxış sayı: 182