XƏBƏRLƏR
MƏLUMAT
Xalq şairi Ramiz Rövşənlə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
25/05/2023 06:46

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin Bədii Qiraət dərnəyinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi Ramiz Rövşənlə görüş keçirilib.

İlk olaraq Ramiz Rövşənin həyat fəaliyyəti və yaradıcılığı haqqında məlumat verilib.

Sonra Xalq şairi çıxış edərək, ədəbiyyat, poeziya, sənətlə bağlı fikirlərini bölüşüb, yeni yazılan şeirlərini oxuyub və yaradıcılığı ilə bağlı sualları cavablandırıb.

Görüşdə iştirak edən 223, 321,195 nömrəli tam orta məktəblərin şagirdləri şairin şeirləri ilə çıxış ediblər.

Baxış sayı: 309