XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Musa Mirzəyevin 90 illiyinə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/11/2023 10:28

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin A.Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbində görkəmli bəstəkar, Xalq artisti Musa Mirzəyevin 90 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə görkəmli bəstəkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi töhfələrdən bəhs edilib, Azərbaycan bəstəkarlıq məktəbinin seçilən nümayəndələrindən olan Musa Mirzəyev yaratdığı rəngarəng əsərləri ilə milli musiqi salnaməmizi zənginləşdirdiyi vurğulanıb.

Sonra məktəbin şagirdlərinin ifasında bəstəkarın əsərləri ifa olunub.

Baxış sayı: 352