XƏBƏRLƏR
MƏLUMAT
"Uşaqlar dünyanın sevincidir" adlı görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
01/06/2023 01:57

Mayın 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zığ qəsəbə Mədəniyyət evi və Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialının birgə təşkilatçılığı ilə "Uşaqlar dünyanın sevincidir" adlı görüş keçirilib. 

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş görüşdə Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist, şairə Gülarə Munis Zığ qəsəbəsinin balaca sakinlərinin qonağı olub.

Görüşdən öncə mədəniyyət evinin rəsm kursunun şagirdlərinin rəsmlərindən ibarət sərgiyə baxış keçirilib.

Sonra Gülarə Munisin yaradıcılığı haqqında məlumat verilib.

Şairə çıxışında bayram münasibəti uşaqları təbrik edərək, şeir və nağıllarını səsləndirib, yeni çapdan çıxmış kitablarını mədəniyyət evinə və kitabxanaya hədiyyə edib. Uşaqlarda öz növbəsində şairə suallar ünvanlayıb, şeirlər söyləyiblər.

Baxış sayı: 265