XƏBƏRLƏR
MƏLUMAT
"Unudulmaz keçmişimiz" adlı anım tədbiri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2024 10:31

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş "Unudulmaz keçmişimiz" adlı anım tədbiri keçirilib.

Əzim Əzimzadənin ev-muzeyində keçirilən tədbirdə ilk olaraq Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edənlər Xocalı faciəsinin insanlığa və bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli hadisələrdən biri olduğunu vurğulayıblar.

Anım tədbirində Mədəniyyət Mərkəzinin Ələsgər Ələkbərov adına xalq teatrının, "Şəlalə" xalq çalğı alətləri xalq ansamblı və "Oğuzlar" folklor xalq ansamblının üzvlərinin ifasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib , kompozisiya təqdim olunub.

Baxış sayı: 161