XƏBƏRLƏR
MƏLUMAT
Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Ölməz insan” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
11/12/2023 17:42

Dekabrın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zığ qəsəbə Mədəniyyət evi və Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin  anım günü ilə əlaqədar “Ölməz insan” adlı tədbir keçirilib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,  Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla  yad edilib.

Tədbirdə Ümummilli Liderin fəaliyyəti, xalqın rifahı naminə gördüyü işlər haqqında söhbət açılıb, hər sahədə olduğu kimi, Azərbaycan mədəniyyətinə də göstərdiyi diqqət və qayğıdan bəhs edilib.

Tədbirin bədii hissəsində mədəniyyət evinin dram dərnəyinin üzvlərinin və kitabxananın fəal oxucularının ifasında Ulu Öndərə həsr olunmuş şeirlər söylənilib, bədii kompozisiya təqdim olunub,  "Heydər babanın nəvələriyik" mahnısı səsləndirilib.

Sonda kitabxananın tərtib etdiyi “Unudulmaz sərkərdə” adlı kitab sərgisi nümayiş olunub.

Baxış sayı: 351