XƏBƏRLƏR
MƏLUMAT
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar silsilə konsertlər keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/06/2023 05:46

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi Ümummilli lider Heydər Əliyevin  anadan olmasının 100 illiyi ilə əlaqədar silsilə konsertlər təşkil edib.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında və Azərbaycan Milli Konservatoriyasında keçirilən konsertlər maraqla qarşılanıb.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunan konsert dirijor Mustafa Mehmandarovun  rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbayan Dövlət Simfonik Orkestrinin iştirakı ilə keçirilib. Konsertdə Azərbaycan və  Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Azərbaycan Milli Konservatoriyasında keçirilən konsertdə isə məktəbin müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri ilə   yanaşı Xalq çalğı alətləri orkestri, nağaraçalanlar ansamblı və məktəbin birləşmiş xoru maraqlı ifalarla çıxış ediblər.

Baxış sayı: 483