XƏBƏRLƏR
MƏLUMAT
“Sözün Nizamı” festivalına yekun vurulub
ÜMÜMİ XƏBƏRLƏR
11/03/2021 06:59

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 10 Mart - Milli Teatr Günündə Bakı Uşaq və Gənclər Teatrının "Bir teatr, bir festival" layihəsi çərçivəsində gerçəkləşdirdiyi "Sözün Nizamı" Festivalının qaliblərini mükafatlandırıb.

Bakı Uşaq və Gənclər Teatrı builki Festivalı “Nizami Gəncəvi İli”nə həsr edib və iştirakçılar onlayn keçirilən festivalda dahi şair və mütəfəkkirin poeziyasından seçmələri təqdim ediblər.

“Sözün Nizamı” Festivalında I yerə Bakı Uşaq və Gənclər Teatrının aktyorları Gülər Ləzgiyeva və Ədalət Ağaverdiyev “Sənsizəm-Gəl” kompozisiyasına, II yerə Bakı Uşaq və Gənclər Teatrının aktyoru Rauf Hüseynli “Bu gecə yatmaq nədir” qəzəlinin ifasına, III yerə Bakı Uşaq və Gənclər Teatrının aktrisası Türkan Şahmarlı “Qoy sənə söyləsin” qəzəlinə görə layiq görülüb.

Pandemiya dövründə Bakı Uşaq və Gənclər Teatrının onlayn fəaliyyətindəki işinə görə Arzu Soltan, İlhamə Əhmədova, Rauf Hüseynli və Leyla Həşimova Fəxri Fərmanla mükafatlandırılıblar.

Bədii qiraət ustalarının ifaları Teatrın “YouTube” kanalı üzərindən yayımlanıb.

Seçilən və fərqlənənləri təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Baxış sayı: 377