XƏBƏRLƏR
MƏLUMAT
Şəhidlərimiz qürur mənbəyimizdir” rubrikasında 20 yaşı tamam olan Muhammad Eissavi
ÜMÜMİ XƏBƏRLƏR
18/02/2022 00:13

Muhammad Mazen oğlu Eissavi 2002-ci il fevral ayının 18-də Bakı şəhərində anadan olub. Atası milliyyətcə (fələstinli) ərəbdir. O, 76 nömrəli tam orta məktəbi bitirib. Uşaqlığından cüdo ilə məşğul olan Muhammad bir il idi ki, məzun olmuşdu. Onu indi bütün məktəb xatırlayır...

Azərbaycan Ordusunun əsgəri olan Muhammad Eissavi 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün

başlanan Vətən müharibəsində savaşıb. Muhammad Eissavi noyabr ayının 9-da şəhid olub.

Subay idi.

Muhammad Eissavi ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin Şəhidi olan Muhammad Mazen oğlu Eissavinin xatirəsi Myanmarın Arakan bölgəsində əbədiləşdirilib. Azərbaycan ordusunun ərəb əsilli əsgərinin adına Arakanda su bulağı açılıb.

Baxış sayı: 193