XƏBƏRLƏR
MƏLUMAT
“Sehirli Yeni İl” adlı musiqili-əyləncəli bayram şənliyi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/12/2023 15:11

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyndə olan Zığ qəsəbə Mədəniyyət evi və Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli kitabxana filialının təşkilatçılığı ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2024-cü ilin gəlişi münasibətilə “Sehirli Yeni İl” adlı musiqili-əyləncəli bayram şənliyi keçirilib.

Bayram şənliyində Yeni ilin əsas personajları Şaxta baba və Qar qızın təşkil etdiyi əyləncəli oyunlar, nağıl qəhrəmanlarının uşaqlarla birlikdə ifa etdiyi bayram əhval-ruhiyyəli mahnılar və rəqslər maraqla qarşılanıb.

Sonda H.Abbasov adına Mədəniyyət Mərkəzinin aktyorlarının iştirakı ilə “Zınqırovlu pişik” kukla tamaşası nümayiş olunub.

Baxış sayı: 348