XƏBƏRLƏR
MƏLUMAT
S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbi Arif Məlikovun 90 illiyinə həsr olunmuş tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
22/11/2023 15:47

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbi görkəmli bəstəkar Arif Məlikovun 90 illiyinə həsr olunmuş tədbir keçirib.

Əvvəlcə bəstəkarın yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra tədbir çıxışçıları Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı müstəsna əhəmiyyətindən bəhs ediblər. Qeyd ediblər ki, Arif Məlikovun zəngin yaradıcılıq irsinə 8 simfoniya, simfonik poemalar, orkestr süitaları, vokal-simfonik, kamera-instrumental əsərləri, kino və dram tamaşalarına yazılmış musiqi və s. daxildir.

Sonra tədbir konsert proqramı ilə davam etdirilib.

Baxış sayı: 465