XƏBƏRLƏR
MƏLUMAT
Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində “Oxu, Tar” adlı konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/12/2023 10:49

Dekabrın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində tarzən, müəllim Zəfər Əhmədlinin şagirdlərinin “Oxu, Tar” adlı konserti keçirilib.

Tədbir zamanı tar alətinin inkişaf tarixi haqqında məlumat verilib, müxtəlif dövrlərin tar ifaçılarının həyat və yaradıcılığına həsr olunmuş məruzə dinlənilib. Məruzə videoçarxlarla nümayiş olunub.

Sonra konsertdə Azərbaycan və digər ölkə bəstəkarlarının əsərləri məharətlə ifa edilib.

Baxış sayı: 445