XƏBƏRLƏR
MƏLUMAT
Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində “Baharım” adlı konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
04/03/2024 15:31

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində Əməkdar müəllim Səidə Göyçayskayanın xor sinfinin “Baharım” adlı hesabat konserti keçirilib.

Konsertdə kiçik və orta yaş kateqoriyasından olan qruplar, vokal kvarteti və məktəbin birləşmiş xoru çıxış edərək, Azərbaycan və xarici ölkə bəstəkarlarının müxtəlif janrda əsərlərini ifa ediblər.

Konsert dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Baxış sayı: 167