XƏBƏRLƏR
MƏLUMAT
Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbində Zəfər Gününə həsr olunmuş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/11/2023 16:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbində 8 noyabr - Zəfər Gününə həsr olunmuş  konsert keçirilib.

İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən söhbət açılıb.

Konsert proqramında fortepiano, xalq çalğı alətləri, simli və nəfəsli alətlər şöbəsinin şagirdləri çıxış ediblər.

Baxış sayı: 238