XƏBƏRLƏR
MƏLUMAT
R. Axundov adına Mədəniyyət evində “Zaman adlı qatar” bədii filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2023 07:10

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ruhulla Axundov adına Mədəniyyət evində “Zaman adlı qatar” bədii filmi nümayiş olunub.

Çıxışçılar bildiriblər ki, son illərin ən gözəl və ən təsirli ekran əsəri olan film 2007-ci ildə Mərdəkanda baş vermiş real hadisələr əsasında çəkilib. Filmin əsas ideyası məhəbbət, uşağa qayğı, analar, onların etdiyi fədakarlıqlardır.

Rejissoru Kənan Musayev olan ekran əsərində Xalq artisti Həmidə Ömərova, Əməkdar incəsənət xadimi Ayaz Salayev, Əməkdar artist Suğra Bağırzadə və digərləri çəkiliblər.

Film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Baxış sayı: 344