XƏBƏRLƏR
MƏLUMAT
R.Axundov adına Mədəniyyət evində tədbir təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
01/08/2023 07:53

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Axundov adına Mədəniyyət evində 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir təşkil olunub.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, videoçarx nümayiş olunub.

Tədbir zamanı bildirilib ki, Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

Bədii hissədə "Ana dilim" adlı kompozisiya təqdim olunub.

Baxış sayı: 271