XƏBƏRLƏR
MƏLUMAT
R.Axundov adına Mədəniyyət evində “Bilik günü - Xəzinənin açarıdır” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/09/2023 08:47

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Axundov adına Mədəniyyət evində “Bilik günü - Xəzinənin açarıdır” adlı tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra çıxışçılar uşaqları “Bilik günü” münasibətilə təbrik edib və yeni tədris ilində onlara uğurlar arzu ediblər.

Tədbir zamanı “Tumurcuq” uşaq özfəaliyyət dərnəyinin üzvləri yazıçı-publisist, şairə Gülarə Munisin “Müdrik zeytun ağacı” hekayəsini səhnələşdiriblər. Həmçinin uşaqların ifasında şeirlərdən ibarət təqdim edilən kompozisiya maraqla qarşılanıb.

Baxış sayı: 240