XƏBƏRLƏR
MƏLUMAT
"Qonağımız var" lahiyəsinin növbəti qonağı Millət vəkili Jalə Əhmədova olub
ÜMÜMİ XƏBƏRLƏR
21/12/2023 09:23

Dekabrın 20-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zirə qəsəbə Mədəniyyət Mərkəzində "Qonağımız var" lahiyəsi çərçivəsində Millət vəkili Jalə Əhmədova ilə görüş keçirilib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra millət vəkilinin həyatı və ictimai fəaliyyəti haqqında məlumat verilib.

Millət vəkili çıxışında həyata keçirilən islahatlar və dövlət layihələri barədə məlumatlar verib və tədbir iştirakçılarının suallarını cavablandırıb.

Sonra tədbir bədii hissə ilə davam edib. Bədii hissədə rəqslər təqdim olunub, şeirlər səsləndirilib.

Baxış sayı: 199