XƏBƏRLƏR
MƏLUMAT
“Qan yaddaşımız” başlığı altında dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/01/2024 16:14

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Şüvəlan qəsəbə Mədəniyyət evində  20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar  “Qan yaddaşımız” başlığı altında dəyirmi  masa keçirilib.

İlk olaraq şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masada 20 Yanvar hadisələri haqqında məlumat verilib.

Sonra mədəniyyət evinin poeziya dərnəyinin üzvləri 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş şeirlər səsləndirib, kompozisiya təqdim ediblər.

Baxış sayı: 241