XƏBƏRLƏR
MƏLUMAT
“Nəğmə dolu bir ürəyəm” adlı anım tədbiri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/06/2023 02:31

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin və Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının birgə təşkilatçılığı ilə görkəmli sənətkar Rəşid Behbudovun xatirəsinə həsr edilmiş “Nəğmə dolu bir ürəyəm” adlı anım tədbiri keçirilib.

Tədbirdə  çıxış edənlər görkəmli sənətkarın keçdiyi keşməkeşli, şərəfli həyat yolu və yaradıcılığı haqqında maraqlı məlumatlar veriblər. Sonra sənətkarın yaradıcılıq yolunu işıqlandıran videolent nümayiş olunub.

Konsert zamanı məktəbin şagirdləri Rəşid Behbudovun repertuarından seçilmiş, bir-birindən maraqlı və rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

Baxış sayı: 435