XƏBƏRLƏR
MƏLUMAT
Musiqi Məktəbində Anım gününə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/09/2023 08:25

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində 27 sentyabr - Anım gününə həsr olunmuş tədbir keçirilib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı bildirilib ki, vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimiz daim qəlblərdə yaşayacaq, onların xatirəsi hər zaman əziz tutulacaqdır.

Sonra məktəbin şagirdləri həzin musiqi nömrələri ilə çıxış ediblər.

Baxış sayı: 282