XƏBƏRLƏR
MƏLUMAT
Musiqi məktəbin məzunu "Yeni adlar" lahiyəsi çərçivəsində çıxış edəcək
ÜMÜMİ XƏBƏRLƏR
13/10/2023 14:07

Oktyabrın 27-də, saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Yeni adlar" lahiyəsi çərçivəsində konsert keçirilicək.

Konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin məzunu, respublika və beynəlxalq müsabiqələr laureatı Əbdüləli Hüseynli çıxış edəcək.

Əbdüləli Hüseynli konsertdə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (Dirijor Mustafa Mehmandarov) müşayiəti ilə F.Liszt- "Danse macabre" ("Ölülər rəqsi"), op.40 əsərini ifa edəcək.

Biletləri https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərsiniz.

Baxış sayı: 249