XƏBƏRLƏR
MƏLUMAT
Müşfiqabad qəsəbə Mədəniyyət evində bayram şənliyi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
02/06/2023 06:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Müşfiqabad qəsəbə Mədəniyyət evi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram şənliyi keçirib.

Tədbir iştirakçıları ilk öncə Mədəniyyət evinin rəssamlıq kursu şagirdlərinin hazırladıqları sərgi ilə tanış olublar.

Daha sonra Mədəniyyət evinin özfəaliyyət kollektivinin üzvləri və qəsəbənin istedadlı uşaqları maraqlı və rəngarəng konsert proqramı ilə çıxış ediblər.

Baxış sayı: 273