XƏBƏRLƏR
MƏLUMAT
Müşfiqabad qəsəbə Mədəniyyət evi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2023 08:19

Mayın 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Müşfiqabad qəsəbə Mədəniyyət evi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbirdə çıxış edənlər müasir Azərbaycanın qurucusu Heydər Əliyevin xalqımız və dövlətimiz üçün misilsiz xidmətlərindən danışıblar.

Tədbirin bədii hissəsində “Aidə” Xalq Kollektivi üzvlərinin ifasında Ulu Öndərə həsr olunmuş musiqilər, şeirlər və rəqslər təqdim olunub.

Baxış sayı: 419