XƏBƏRLƏR
MƏLUMAT
Mərdəkan Mədəniyyət Sarayında Milli Musiqi Günü ilə əlaqədar tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/09/2023 01:56

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirin əvvəlində Milli Musiqi Günü haqqında məlumat verilib. Bildirilib ki, Milli Musiqi Günü dahi Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. 

Bədii hissədə Sarayın “Lalələr” rəqs ansamblı, “Azad” və “Mələklər” rəqs qrupları,  gənc və istedadlı müğənnilər çıxış ediblər.

Baxış sayı: 343