XƏBƏRLƏR
MƏLUMAT
Mərdəkan Mədəniyyət Sarayında ədəbi-bədii gecə keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/05/2023 02:15

Mayın 4-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərin, şəhidlərimizin  əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Sonra  Ümummilli liderin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. Tədbir zamanı qeyd olunub ki, müasir Azərbaycan Dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib.

Bədii hissədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Xüsusi Məktəbin kursantları  və Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli  ümumi orta internat məktəbinin fəal şagirdlərinin hazırladığı kompozisiya təqdim olunub.

Baxış sayı: 364