XƏBƏRLƏR
MƏLUMAT
Mərdəkan Mədəniyyət Sarayında Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/03/2024 14:11

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayında 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Tədbirin aparıcısı bayram münasibətilə xanımları təbrik edərək  qeyd edib ki, Azərbaycan qadını həmişə öz iradəsi və mərdliyi, sədaqəti, milli-mənəvi dəyərlərimizə bağlılığı ilə cəmiyyətimizin həyatında, dövlətçiliyimizin güclənməsində mühüm rol oynayıb.

Bədii hissədə mədəniyyət sarayının “Bədii qiraət” dərnəyinin üzvləri, Şuşa şəhər Bülbülcan adına Uşaq Musiqi Məktəbinin istedadlı tələbələri musiqi nömrələri , kompozisiya və şeirlərlə çıxış ediblər. “Lalələr” rəqs ansamblının çıxışları isə tədbirə xüsusi rəng qatıb.

Baxış sayı: 194