XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət Evi "Ümid Yeri" uşaq sığınacağında tədbir təşkil edib
ÜMÜMİ XƏBƏRLƏR
14/11/2023 12:15

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Şüvəlan qəsəbə Mədəniyyət Evinin təşkilatçılığı ilə "Ümid Yeri" uşaq sığınacağında 12 noyabr-Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Konstitusiya Gününün tarixi haqqında məlumat verilib. Bildirilib ki, 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 28 il ötür. 

Tədbir zamanı Xalq artisti Gülyanaq Məmmədova konsert proqramı ilə çıxış edib.Həmçinin mədəniyyət evinin solistləri, “Səma” rəqs ansamblı, “Şən gimnastlar” qrupunun çıxışları uşaqlar tərəfindən maraqla qarşılanıb.

Baxış sayı: 386