XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyevin milli-mənəvi, elmi, vətənpərvərlik konsepsiyası” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/12/2023 16:55

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan İ.Əbilov adına Mədəniyyət Mərkəzi və Azərbaycan Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri  İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyevin milli-mənəvi, elmi, vətənpərvərlik konsepsiyası” adlı tədbir keçirilib.

Yasamal rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman oğullarımızın ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edildikdən sonra onun fəaliyyəti ilə bağlı məruzə dinlənilib.

Çıxış edənlər qeyd ediblər ki, Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik şüuru, dil, mədəniyyət, iqtisadiyyat, elm konsepsiyaları bugünkü inkişafımızın təməlini təşkil edir.

Daha sonra film nümayiş etdirilib.

Tədbirin bədii hissəsində Mədəniyyət Mərkəzinin əməkdaşları, “Oğuzlar” folklor xalq ansamblının üzv və solistləri şeir və mahnılarla çıxış ediblər.

Baxış sayı: 380