XƏBƏRLƏR
MƏLUMAT
"F.Əmirovun əsərlərini ifa və təhlil edirik" adlı VIII Elmi-İfaçılıq konfransı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
01/12/2023 15:15

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin F.Əmirov adına 6 nömrəli onbirilik incəsənət məktəbi "F.Əmirovun əsərlərini ifa və təhlil edirik" adlı şagird və müəllimlərin VIII Elmi-İfaçılıq konfransını keçirib.

Konfrans Gəncə şəhər F.Əmirov adına 1 nömrəli uşaq musiqiməktəbində keçirilib və bu məktəbin yaranmasının 100 illik yubileyinə həsr olunub.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib vəşəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra dünya şöhrətli musiqi xadiminin adını daşıyan məktəbdə yaradılmış muzey-guşəsi haqqında ətraflı məlumat verilib və videoçarx təqdim olunub.

Konfransda bəstəkarın parlaq və çoxşaxəli yaradıcılığı ilə bağlı məruzələr dinlənilib, fortepiano, simli alətlər, nəfəs alətləri və xalq çalğı alətləri şöbələrinin şagirdlərinin ifasında bəstəkarın əsərləri səsləndirilib.

Sonda F.Əmirovun yeni nəşr olunmuş notları, rəssamlıq şöbəsinin şagirdlərinin "Xəmsə" mövzusunda çəkdiyi rəsm əsərləri və bəstəkarın yaradıcılığına həsr olunmuş kitablar, rəsm kataloqu Gəncə şəhər musiqi məktəbinin kitabxanasına hədiyyə edilib.

Baxış sayı: 309