XƏBƏRLƏR
MƏLUMAT
Əməkdar incəsənət xadimi Hacı Aqil Məlikov ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/10/2023 11:43

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində Əməkdar incəsənət xadimi, tanınmış xanəndə və şair Hacı Aqil Məlikov ilə görüş keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər sənətkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıblar. Bildiriblər ki, məşhur xanəndə Azərbaycan muğam ifaçılığı sənətində önəmli iz qoyan parlaq sənətkarlardan biridir.

Sonra xanəndənin gözəl ifaları dinlənilib və ona ünvanlanan suallar cavablandırılıb.

Baxış sayı: 417