XƏBƏRLƏR
MƏLUMAT
Əliağa Mirzəyevin 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
11/01/2024 16:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayında Əliağa Mirzəyevin 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. 

Tədbirdə çıxış edənlər Əliağa Mirzəyevi yubiley münasibəti ilə təbrik edərək, yaradıcılığı haqqında məlumat veriblər. Qeyd olunub ki, o, uzun illər Mərdəkan Mədəniyyət Sarayına rəhbərlik edib.

Sonra Ə. Mirzəyevin həyat və yaradıcılıq yolunu əks etdirən fotoslayd nümayiş olunub. 

Tədbirin bədii hissəsində Muğam Televiziya Müsabiqəsinin qalibi Məmməd Nəcəfov,  laureatı Fərid Əliyev, Sarayın solistləri, “Lalələr” və “Azad” rəqs kollektivləri çıxış ediblər.

Sonda Ə. Mirzəyevə Baş İdarənin Fəxri Fərmanı təqdim edilib. 

Baxış sayı: 237