XƏBƏRLƏR
MƏLUMAT
Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
ÜMÜMİ XƏBƏRLƏR
05/03/2024 10:50

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin III sinif şagirdi Məryəm Adıgözəlova (müəllimə  Raminə Ağayeva) Macarıstanın Budapeşt  şəhərində “International Vision Evro Arts competitions” çərçivəsində onlayn keçirilən “Best of the best” beynəlxalq müsabiqədə iştirak edib.

Müsabiqədə Tofiq Quliyevin "Laylay" əsəri ilə çıxış edən gənc istedad laureat adını qazanaraq II yerə layiq görülüb.

Müəllimi Raminə Ağayeva isə təşəkkürnamə ilə təltif olunub.

Baxış sayı: 200