XƏBƏRLƏR
MƏLUMAT
Dünya şöhrətli müğənni Rəşid Behbudovun anadan olmasının 108 illiyinə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
15/12/2023 10:37

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbi dünya şöhrətli müğənni, SSRİ Xalq artisti  Rəşid Behbudovun anadan olmasının 108 illiyinə həsr olunmuş tədbir keçirib.

İlk olaraq görkəmli müğənni Rəşid Behbudovun yaradıcılığından bəhs edilib və videoçarx nümayiş etdirilib. Sonra bildirilib ki, milli musiqi xəzinəmizin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinin ölkə hüdudlarından kənarda populyarlıq qazanması məhz Rəşid Behbudovun bənzərsiz ifası, möcüzəli səs çalarları ilə mümkün olub. Yaradıcılığı sərhəd tanımayan Rəşid Behbudovun ifa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilib, sənətkar dəfələrlə dövrünün ən yüksək mükafatlarına layiq görülüb.

Tədbirin bədii hissəsində  məktəbin istedadlı şagirdləri R. Behbudovun repertuarından mahnılar və digər bəstəkarların əsərlərini ifa ediblər.

Baxış sayı: 454