XƏBƏRLƏR
MƏLUMAT
C.Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbi hesabat konserti keçirib
ÜMÜMİ XƏBƏRLƏR
12/06/2023 02:35

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Cabbar Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş hesabat konserti  keçirilib.

Tədbirdə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub. Çıxış edənlər qeyd ediblər ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə birbaşa bağlıdır.

Bədii hissədə məktəbin şagirdlərinin ifasında musiqi nömrələri təqdim edilib.

Baxış sayı: 334