XƏBƏRLƏR
MƏLUMAT
C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
13/12/2023 09:35

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.

Tədbir çıxışçıları bildiriblər ki, Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini hər zaman dərin ehtiramla yad edir. Ümummilli lider Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Sonra Ulu Öndərin mənalı həyat yolu, zəngin və çoxşaxəli siyasi fəaliyyətinin əks olunduğu videoçarxlar nümayiş edilib, məktəbin şagirdlərinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib. 

Baxış sayı: 197