XƏBƏRLƏR
MƏLUMAT
Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/10/2023 08:41

Bakı  Şəhər  Mədəniyyət  Baş  İdarəsinin A.Məlikov  adına  11  nömrəli  Onbirillik  Musiqi  Məktəbində 5  oktyabr – Beynəlxalq  Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə qeyd edilib ki, UNESKO-nun qərarı ilə 1966-cı  ildən qeyd edilən bu əlamətdar gün, Müstəqil Azərbaycan Respublikasında 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. 

Sonra  məktəbin  şagirdləri  bayram gününə həsr  olunan  ifaları ilə çıxış edərək, müəllim kollektivini təbrik ediblər.

Baxış sayı: 227