XƏBƏRLƏR
MƏLUMAT
Bakı Uşaq və Gənclər Teatrında “Xəzinələr adası” adlı yeni tamaşanın ictimai baxışı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2022 02:33

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrında yeni tamaşanın ictimai baxışı keçirilib.

Türk yazarı A.Ercan Tulunayın  əsəri əsasında Sərdar Gözəlovun quruluşunda hazırlanmış “Xəzinələr adası”  adlı yeni tamaşanın ictimai baxışı maraqla qarşılanıb.

İctimai baxışda Baş İdarənin rəisi İbrahim Əliyev də iştirak edib.

Balaca, dəcəl qızcığaz Maviş yazıçı olmaq istəyir. Tamaşada balaca dostlarımıza  “hər kəs öz taleyinin yazarıdır” mesajı verilir.

Tamaşada rolları Gülər Ləzgiyeva, Könül Şahbazova, Türkan Şahmarlı, Aytən Səfərova, Ədalət Ağaverdizadə, Qurban Əhmədov, Gülnar Əlizadə, Toğrul İsabəyli, Orxan Məmmədov, Emin Balayev ifa ediblər. Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Yusif Rüstəmovdur.

Baxış sayı: 492